Yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almış Suraxanı rayonunun Bülbülə qəsəbə sakini Emin Əbilov yerləşdirildiyi xəstəxanada ölmüşdür
30.06.2020İyunun 29-da saat 22 radələrində Suraxanı rayonunun Bülbülə qəsəbəsində Bakı şəhər sakini P.Sadıxov idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən qəsəbə sakini Emin Əbilovu vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada iyunun 30-da orada ölmüşdür.
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.