Yeni Gəncə qəsəbəsi 28 May küçəsində qəza hadisəs törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən Gəncə şəhər sakini R.Qasımov saxlanılmışdır
30.06.2020İyunun 19-da saat 13 radələrində Nizami (Gəncə) rayonunun Yeni Gəncə qəsəbəsi 28 May küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Daşkəsən rayon sakini X.Cəfərov vurulmuşdur. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.
Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Nissan” markalı avtomobilin sürücüsü, Gəncə şəhər sakini R.Qasımov saxlanılmışdır.