Suya yıxılmış Xaçmaz rayon sakini Z.Nadirova ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən sudan çıxarılmışdır
25.06.2020İyunun 25-də saat 21 radələrində Səbail rayonu ərazisində, Milli Parkda Xaçmaz rayon sakini Z.Nadirova sahildə quraşdırılmış məhəccərin üzərində oturmaq istəyərkən suya yıxılmışdır. O, həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən sudan çıxarılmışdır.