Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakinləri A.İsayev, M.Ələkbərova və R.Əsədzadə saxlanılmışlar
25.06.2020Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini A.İsayev Binəqədi rayonu ərazisində saxlanılmışdır. Ondan çəkisi 1 kiloqramdan artıq heroin aşkar edilərək götürülmüşdür.
Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini M.Ələkbərova Sabunçu rayonu ərazisində saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin aşkar edilmişdir. Davam etdirilən tədbirlərlə onun idarə etdiyi “Chevrolet” markalı avtomobilə baxış zamanı əlavə 605 qram heroin, 40 qram metamfetamin və elektron tərəzi aşkar edilib götürülmüşdür.
Binəqədi RPİ 43-cü PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əsədzadə saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 274 qram heroin və elektron tərəzi aşkar edilərək götürülmüşdür.