Paytaxtın Nizami rayonu ərazisində yaşayan Nazim Musayevi qətlə yetirməkdə şübhəli bilinən Z.Seyidov saxlanılmışdır
25.06.2020İyunun 16-da paytaxtın Nizami rayonu ərazisində yaşayan Nazim Musayevin evdən çıxaraq geri qayıtmaması barədə 25-ci Polis Şöbəsinə müraciət daxil olmuşdur.
Müraciətlə əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmiş və itkin düşmüş N.Musayevin iyunun 17-də Beyləqan rayonunun Yuxarı Aran kəndi ərazisində tanışı, Bakı şəhər sakini Z.Seyidov tərəfindən küt alətlə qətlə yetirilərək basdırılması müəyyən edilmişdir.
Əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Z.Seyidov polis əməkdaşları tərəfindən saxlanılmışdır.N.Musayevin meyiti Yuxarı Aran kəndinin ərazisində eksqumasiya edilmişdir.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə cinayət işi başlanmışdır.Beyləqan rayon prokurorluğu tərəfindən araşdırma aparılır.