Göygöl rayonunun Aşıqlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi
23.06.2020İyunun 23-də saat 20 radələrində Göygöl rayonunun Aşıqlı kəndi ərazisində Gəncə şəhər sakini E.Novruzov idarə etdiyi “QAZ-24” markalı avtomobili yolun kənarındakı işıq dirəyinə vurmuşdur. Nəticədə sərnişini olan arvadı Dürdanə Namazova hadisə yerində ölmüş, özü və digər 2 sərnişini xəstəxanaya yerləşdirilmişlər.
Göygöl RPŞ tərəfindən araşdırma aparılır.