Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini A.Məmmədovdan yaşadığı mənzildən 1 kiloqramdan artıq heroin, 269 qrama yaxın metamfetamin, 395 qram marixuana və 1 ədəd elektron tərəzi götürülmüşdür
23.06.2020Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Nəsimi rayonu ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini A.Məmmədov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 5 qrama yaxın heroin aşkar edilmişdir. Yaşadığı mənzildən isə 1 kiloqramdan artıq heroin, 269 qrama yaxın metamfetamin, 395 qram marixuana və 1 ədəd elektron tərəzi götürülmüşdür.