Füzuli rayonunun 1-ci Qayıdış qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
18.06.2020İyunun 18-də saat 5 radələrində Füzuli rayonunun 1-ci Qayıdış qəsəbəsi ərazisində rayon sakinləri R.Ağayevin idarə etdiyi “VAZ-21011” və T.Hacıyevin idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşmuşdur. Nəticədə R.Ağayevin sərnişini Rüstəm Ağayev xəstəxanaya aparılarkən yolda ölmüş, özü və digər 2 sərnişini, habelə T.Hacıyev və 3 sərnişini xəstəxanaya yerləşdirilmişlər.
Füzuli RPŞ tərəfindən araşdırma aparılır.