Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Tovuz rayon sakini Füzuli Cəfərov avtomobili idarə edərkən saxlanılmışdır
18.06.2020İyunun 16-da Abşeron RPİ-yə müraciət edən Bakı şəhər sakini M.Axundov iyunun 10-da Saray qəsəbəsi ərazisindəki bağ evinin həyətindən “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirmişdir.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş Füzuli Cəfərov Şəmkir rayonu ərazisində avtomobili idarə edərkən BDYPİ YPXA-nın əməkdaşları tərəfindən saxlanılmış və aidiyyəti üzrə təhvil verilmişdir.
Araşdırma aparılır.