Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakini E.Gərəkməzli saxlanılmışdır
10.06.2020Səbail RPİ-nin 9-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini K.Behbudov iyunun 10-da rayon ərazisindən “Opel” markalı avtomobilinin qaçırıldığını bildirmişdir.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün Yasamal rayonu ərazisində tapılmışdır.
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakini E.Gərəkməzli polis əməkdaşları tərəfindən saxlanılmışdır.Araşdırma aparılır.