Əcnəbi vətəndaşı döyərək pulunu almaqda şübhəli bilinən Bakı şəhər sakinləri S.Qəmbərzadə, A.Məlikov və K.Qurbanov saxlanılmışlar
10.06.2020Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə müraciət edən əcnəbi vətəndaş iyunun 9-da rayon ərazisində 3 nəfərin onu döyərək cibindən 1000 manat pulunu götürməsini bildirmişdir.
Dərhal başlanılmış əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri S.Qəmbərzadə, A.Məlikov və K.Qurbanov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışlar.
Araşdırma aparılır.