Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran şəhər sakinləri T.Məmmədov və B.Nurullayev saxlanılmışlar
31.05.2020Lənkəran ŞRPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - T.Məmmədov və B.Nurullayev saxlanılmışlar.
Şəxsi axtarış zamanı T.Məmmədovdan heroin və metamfetamin, B.Nurullayevdən isə heroin aşkar edilərək götürülmüşdür.
Davam etdirilən tədbirlərlə onlara narkotik vasitəni satmaqda şübhəli bilinən Digah kənd sakini, əvvəllər məhkum olunmuş İ.Kərimov da müəyyən edilərək saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 6 qramdan artıq heroin və metamfetamin, evindən isə 605 qram tiryək və 50 qrama yaxın metamfetamin aşkar edilərək götürülmüşdür.