Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakini R.Nəsirov saxlanılmışdır
31.05.2020Masallı RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Qızılağac kənd sakini, əvvəllər məhkum olunmuş R.Nəsirov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülmüşdür.
Davam etdirilən tədbirlərlə onun “Toyota” markalı avtomobilindən marixuana, metamfetamin, heroin, evindən isə əlavə olaraq 435 qrama yaxın heroin və 164 qrama yaxın metamfetamin aşkar edilərək götürülmüşdür.