İsmayıllı rayonunda kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları və 12 kiloqramdan artıq marixuana götürülmüşdür
31.05.2020İsmayıllı RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Diyallı kəndi ərazisində şəhər sakini Ə.Bəkirovun, V.Paşayevin və onun əvvəllər məhkum olunmuş oğlunun kultivasiya yolu ilə yetişdirdikləri 1265 ədəd çətənə kolu və 12 kiloqram 635 qram marixuana aşkar edilərək götürülmüşdür.