“VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini H.Məmmədov saxlanılmışdır
19.05.2020Sabunçu RPİ 12-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 8-də K.Qarayevin “VAZ-2107” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş H.Məmmədov saxlanılmışdır.
Ətrafında aparılmış tədbirlərlə onun mayın 14-də rayon ərazisindəki mağazaların birindən 2700 manat dəyərində ərzaq məhsulları oğurlaması da müəyyən edilmişdir.