Xətai rayonu ərazisindəki mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən Abşeron rayon sakini M.Musayev saxlanılmışdır
19.05.2020Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 5-də rayon ərazisindəki mağazaların birindən 235 manat pul, 2000 manat dəyərində planşet, müşahidə kamerası və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini M.Musayev saxlanılmışdır.