Xırdalan şəhər sakini M.İbrahimova məxsus avtomobildən silah və heroin götürülmüşdür
09.05.2020Xaçmaz RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş M.İbrahimova məxsus “Niva” markalı avtomobildən pnevmatik tapança, 1 ədəd beşbarmaq, 1 ədəd dəyənək və narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür.