Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Hacıqabul rayon sakini R.Həmidov xuliqanlıq zəminində ov tüfəngindən atəş açaraq bir nəfərə yüngül qırma xəsarəti yetirməkdə şübhəli bilinərək saxlanılmışdır

09.05.2020

Mayın 8-də İmişli rayonunun Qulubəyli kəndi ərazisindən keçən Mil-Muğan kanalında Gövhərli kənd sakini K.Kərimovun və Qaradonlu kənd sakini E.Cəfərovun qayıqla balıq tutarkən bir nəfərin ov tüfəngindən açdığı atəşdən yüngül qırma xəsarətləri almaları barədə İmişli RPŞ-yə məlumat daxil olmuşdur.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanmışdır.

İmişli RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xuliqanlığı törətməkdə şübhəli bilinən Hacıqabul rayon sakini R.Həmidov saxlanılmış və ondan cinayəti törədərkən istifadə etdiyi “MC-2112” markalı ov tüfəngi götürülmüşdür.