Qazax rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən bir qrup şəxs saxlanılmış, 1 kiloqramdan artıq heroin götürülmüşdür
09.05.2020Baş Narkotiklərlə Mübarizə İdarəsi və Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Qazax rayonunun Birinci Şıxlı kəndi ərazisində birgə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən R.Əhmədov, A.Şəmilov və E.Xasməmmədov saxlanılmışlar. R.Əhmədovdan 1 kiloqram 25 qram heroin aşkar edilərək götürülmüşdür.