Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən V.Tağıyev saxlanılmışdır
02.05.2020Suraxanı RPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən V.Tağıyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 4 qrama yaxın və Əmircan qəsəbəsindəki evindən isə 571 qram marixuana aşkar edilərək götürülmüşdür.