Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Qəsdən adam öldürməkdə şübhəli bilinən Şəmkir rayonunun Yeni Həyat kənd sakini E.Süleymanov saxlanılmışdır

02.05.2020

Mayın 1-də saat 17 radələrində Şəmkir rayonunun Yeni Həyat kəndi ərazisində kənd sakini E.Süleymanovun münaqişə zəminində kustar üsulla hazırlanmış tapançadan açdığı atəşlə Yuxarı Seyfəli kənd sakini Elnur Hümbətovu qətlə yetirməsi barədə RPŞ-yə məlumat daxil olmuşdur.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən E.Süleymanov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilmişdir.