Bülbülə qəsəbə sakini A.Süleymanovdan narkotik vasitələr, 1 ədəd vinçester tipli tüfəng və 11 ədəd patron aşkar edilərək götürülmüşdür
29.04.2020Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bülbülə qəsəbə sakini A.Süleymanov Suraxanı rayonu ərazisində saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 13 qrama yaxın heroin, yaşadığı evə baxış zamanı isə əlavə 2 kiloqramdan artıq heroin, 1 ədəd “Dragon” markalı vinçester tipli tüfəng və 11 ədəd patron aşkar edilərək götürülmüşdür.