Nəqiyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini V.Cəfərov avtomobillə birgə saxlanılmışdır
29.04.2020Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini V.İsmayılov aprelin 29-da A.M.Cümə küçəsindən “Mercedes” markalı avtomobilinin qaçırılmasını bildirmişdir.
Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində nəqiyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini V.Cəfərov avtomobillə birgə polis əməkdaşları tərəfindən saxlanılmışdır.
Araşdırma aparılır.