Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayon sakini Ə.Axundov saxlanılmışdır
26.04.2020Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Lənkəran rayonu ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gərmətük qəsəbə sakini Ə.Axundov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 2,8 kiloqram heroin, 2 kiloqram 650 qram tiryək və 255 qrama yaxın metamfetamin aşkar edilərək götürülmüşdür.