Sabunçu rayonu ərazisində avtomobildən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən H.Bədəlov saxlanılmışdır
26.04.2020Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 20-də rayon ərazisində “VAZ-2107” markalı avtomobildən 1000 manat pul və 600 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş H.Bədəlov saxlanılmışdır.