Beyləqan rayonu ərazisindəki mağazaların birindən oğurluq törətməkdə şübhəli bilinən rayon sakini D.Mürşüdov saxlanılmışdır
18.04.2020Beyləqan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 17-də rayon ərazisindəki mağazaların birindən 1560 manat dəyərində 5 ədəd mobil telefon, 1 ədəd səsgücləndirici və 1 ədəd qulaqcıq oğurlamaqda şübhəli bilinən rayon sakini D.Mürşüdov saxlanılmışdır.