Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

İsmayıllı rayonunun Namazgah kəndi ərazisində xuliqanlıq törətməkdə şübhəli bilinən kənd sakini Q.Mürsəlov saxlanılmış və ondan müvafiq sənədləri olmayan ov tüfəngi götürülmüşdür

18.04.2020

Aprelin 18-də İsmayıllı rayonunun Namazgah kəndi ərazisində kənd sakini Q.Mürsəlovun ov tüfəngindən açdığı atəşlə həmkəndlisi F.Mirzəzadəyə məxsus “LADA-21214” markalı avtomobilə qismən ziyan vurması barədə RPŞ-yə məlumat daxil olmuşdur.

Polis əməkdaşları tərəfindən xuliqanlığı törətməkdə şübhəli bilinən Q.Mürsəlov saxlanılmış və ondan müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi götürülmüşdür.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanmışdır.

18.04.2020 tarixinə olan kriminal məlumatlar