Oğurluq etdiyinə görə tutulmuş M.Məmmədovun əvvəllər məhkum olunmuş E.Musayevlə birgə 6 evdən, habelə 1 mağazadan oğurluq törətmələri də müəyyən edilmişdir
14.04.2020Oğurluq etdiyinə görə tutulmuş M.Məmmədovun ətrafında Kriminalistik Tədqiqatlar İdarəsi və Abşeron RPİ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun əvvəllər məhkum olunmuş E.Musayevlə birgə 6 evdən, habelə 1 mağazadan məişət əşyaları və inşaat materialları oğurlaması da müəyyən edilmişdir.
Görülmüş tədbirlərlə E.Musayev də saxlanılmışdır.