Bakı-Qazax yolunun 113-cü km-də qurulmuş postda xidmət aparan polis əməkdaşını idarə etdiyi avtomobillə vuraraq hadisə yerini tərk etmiş sürücü E.Məmmədov və sərnişinləri avtomobillə birgə saxlanılmışlar
14.04.2020Aprelin 14-də saat 13 radələrində xüsusi karantin rejimi ilə əlaqədar (“COVİD-19”) Bakı-Qazax yolunun 60-cı km-də qurulmuş postda Tərtər rayon sakini E.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə polis əməkdaşlarının “saxla” əmrinə tabe olmayıb hərəkətini davam etdirərək Bakı-Qazax yolunun 113-cü km-də qurulmuş postda xidmət aparan Şirvan ŞPŞ PPXB-nin polis nəfəri, polis kiçik serjantı M.Mirzəlini vurub hadisə yerini tərk etmişdir. M.Mirzəli sol əlinin bilək nahiyəsinin sınığı ilə Şirvan şəhər mərkəzi xəstəxanaya yerləşdirilmişdir.
Görülmüş tədbirlərlə E.Məmmədov və sərnişinləri, Bakı şəhər sakinləri N.Hüseynzadə və A.Fətəliyev avtomobillə birgə saxlanılmış, araşdırma aparılması üçün Hacıqabul RPŞ-yə təhvil verilmişdir.
E.Məmmədov RPŞ-yə məxsus xidməti “Ford” markalı avtomobilə əyləşdirilərkən arxa sağ şüşəni təpiklə sındırmışdır.Faktla əlaqədar Hacıqabul rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 139 (zöhrəvi xəstəlikləri yayma) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanmışdır.