Ailə-məişət münaqişəsi zəminində qardaşı Elçinə bıçaqla xəsarət yetirməkdə, atası Zeynalı itələyərək pilləkəndən yıxılaraq ölümünə səbəb olmaqda şübhəli bilinən Şirvan şəhərində yaşayan Elşən Xanışov saxlanılmışdır
11.03.2020Martın 11-də Şirvan şəhərində yaşayan Elşən Xanışovun evində ailə-məişət münaqişəsi zəminində qardaşı Elçinə bıçaqla xəsarət yetirməsi və onları sakitləşdirməyə cəhd göstərən atası Zeynalı itələdiyindən sonuncunun pilləkəndən yıxılaraq ölməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal Şirvan şəhər polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.
Təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri ilə bu cinayət əməlini törətməkdə şübhəli bilinən E.Xanışov saxlanılmışdır.
Şirvan şəhər prokurorluğu tərəfindən araşdırma aparılır.