Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurlamaqda şübhəli bilinən Şəmkir rayonunun Şiştəpə kənd sakinləri Q.Abdullayev, N.Xəlilov və R.Əliyev saxlanılmışlar

11.03.2020

Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 6000 manat dəyərində təmir-tikinti alətlərini oğurlamaqda şübhəli bilinən Şiştəpə kənd sakinləri Q.Abdullayev, əvəllər məhkum olunmuşlar - N.Xəlilov və R.Əliyev saxlanılmışlar.

Şəxsi axtarış zamanı N.Xəlilovdan 24 qramdan artıq, Şiştəpə kəndi ərazisində yerləşən qəbiristanlıqda gizlətdiyi 2 kiloqramdan çox marixuana aşkar edilərək götürülmüşdür.   

R.Əliyevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Sabirkənd kəndi ərazisində quraşdırılmış “Azercell Telekom” MMC-yə məxsus radio-baza stansiyasından 60 metr elektrik naqilini kəsərək oğurlaması da müəyyən edilmişdir. 

11.03.2020 tarixinə olan kriminal məlumatlar