Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində yol-nəqliyyat hadisəsi
04.03.2020Martın 5-də saat 2 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində M.Nəsibovun idarə etdiyi “VAZ-21014” və N.Şirinovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşmuşdur. Nəticədə M.Nəsibovun sərnişinlərindən Elnur Xammədli hadisə yerində ölmüş, 2 sərnişin xəstəxanaya yerləşdirilmişdir.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.