Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Lənkəran rayon sakini D.İbadovaya qarşı quldurluq törətməkdə şübhəli bilinən K.İsmayılov və R.Məcidzadə saxlanılmışlar

04.03.2020

Lənkəran ŞRPŞ-yə müraciət edən Separadi kənd sakini D.İbadova fevralın 20-də saat 3 radələrində evinə girmiş bir nəfərin onu bıçaqla hədələyərək qızıl boyunbağısını və mobil telefonunu aldığını bildirmişdir.

Lənkəran ŞRPŞ və Nizami RPİ 23-cü PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakinləri K.İsmayılov və R.Məcidzadə müəyyən edilərək saxlanılmışlar.

Araşdırma aparılır.