Oğurluqda şübhəli bilinən Ağdam rayon sakini İ.Məmmədov saxlanılmışdır
26.02.2020Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 7 avtomobildən pul, video qeydiyyat qurğusu, geyim əşyaları və yan güzgüləri oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini İ.Məmmədov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan metamfetamin aşkar edilərək götürülmüşdür.