Oğurluq etdiyinə görə tutulmuş S.Pənahovun törətdiyi digər cinayət əməlləri də müəyyən edilmişdir
26.02.2020Oğurluq etdiyinə görə tutulmuş S.Pənahovun ətrafında Abşeron RPİ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki “Topaz” mərc oyunları məntəqəsindən 700 manat dəyərində lotoreya kuponları, 7 mağazadan pul, mobil telefon, kompyuter, videomüşahidə qurğusunun yaddaş kartı, parfyumeriya, 3 avtomobildən pul, mobil telefon, gümüş üzük, monitor və sənəd, habelə 2 həyətdən velosiped oğurlaması da müəyyən edilmişdir.