Lerik rayonunun Orand kəndi ərazisində yol-nəqliyyat hadisəsi
22.02.2020Fevralın 22-də saat 8 radələrində Lerik rayonunun Orand kəndi ərazisində kənd sakini M.Rəhimov idarə etdiyi “UAZ” markalı avtomobili yolun kənarındakı maneəyə vuraraq dərəyə aşırmışdır. Nəticədə sürücü və sərnişinləri xəstəxanaya yerləşdirilmişlər. Sərnişinlərdən Xəqani Rəhimov və 1 yaşlı oğlu Hüseyn orada ölmüşdür.
Lerik RPŞ tərəfindən araşdırma aparılır.