Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini R.Cəbiyev və M.Qurbanov saxlanılmışlar
22.02.2020Binəqədi RPİ 40-cı PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini R.Cəbiyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 435 qram marixuana aşkar edilərək götürülmüşdür.
Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Xəzər rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Qurbanov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 320 qrama yaxın heroin aşkar edilərək götürülmüşdür.
Davam etdirilən tədbirlərlə onun evindən 334 qramdan artıq heroin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.