Soyğunçuluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri F.Balayev və A.Quliyev müəyyən edilərək saxlanılmışlar
19.02.2020Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini T.Orucova fevralın 18-də Landau küçəsində müəyyən edilməmiş motosiklet sürücüsünün onun içərisində 220 manat, bank kartları və mobil telefon olan pulqabısını açıq talama yolu ilə aldığını bildirmişdir.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri F.Balayev və əvvəllər məhkum olunmuş A.Quliyev müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışlar.