Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini V.İbrahimov saxlanılmışdır
19.02.2020Sumqayıt ŞPİ 5-ci PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş V.İbrahimov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 3 qrama yaxın heroin aşkar edilərək götürülmüşdür.
Ətrafında aparılmış tədbirlərlə onun ayrı-ayrı şəxslərə məxsus 4 “KamAZ” markalı avtomobildən akkumulyator oğurlaması da müəyyən edilmişdir.