Yevlax şəhər sakini A.Qəribova qarşı quldurluq etmiş şəxslər saxlanılmışlar
15.02.2020Fevralın 15-də Yevlax rayon avtovağzalında şəhər sakini A.Qəribovun idarə etdiyi “Mercedes” markalı avtomobilə sərnişin qismində oturmuş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Daşdəmirov, Mingəçevir şəhər sakini M.Səmədov və İmişli rayon sakini T.Quliyev Bakı şəhərinə gedəcəklərini bildirmişlər.
Qarabörk kəndi ərazisində T.Quliyev münaqişə zəminində sürücünün baş nahiyəsinə bıçaqla xəsarət yetirmiş, S.Daşdəmirov isə avtomobildə olan 123 manat pulu götürüb hadisə yerini tərk etmişlər.
Ucar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində onlar saxlanılmış və sərxoş halda olmaları müəyyən edilmişdir.