Kürdəmir şəhər sakini F.Şirəliyev və Köhünlü kənd sakini S.Mikayılovdan narkotik vasitələr aşkar edilərək götürülmüşdür
15.02.2020Kürdəmir RPŞ əməkdaşlarının əld edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini F.Şirəliyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan marixuana aşkar edilmişdir.
Davam etdirilən tədbirlərlə narkotik vasitəni ona satmaqda şübhəli bilinən Köhünlü kənd sakini, əvvəllər məhkum olunmuş S.Mikayılov da müəyyən edilərək saxlanılmışdır.
S.Mikayılovun yaşadığı evə baxış zamanı oradan müvafiq sənədləri olmayan paslanmış vəziyyətdə “İJ” markalı ov tüfəngi və 6 ədəd patron, həyətyanı sahəsindən isə torpağa basdırılmış, çəkisi 5,6 kiloqrama yaxın marixuana aşkar edilərək götürülmüşdür.