Bakı şəhər sakini E.Novruzovun avtobusda R.Niftəliyevanın çantasından pulqabısını oğurlaması müəyyən edilmişdir
12.02.2020Hazırda inzibati həbsdə saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Novruzovun ətrafında Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi və Sabunçu RPİ 13-cü PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın ayının 26-da Bakıxanov qəsəbəsi ərazisində xətt avtobusunda paytaxt sakini R.Niftəliyevanın çantasından içərisində 450 manat olan pulqabısını oğurlaması da müəyyən edilmişdir.