Xaçmaz rayon sakini V.Abbasovun idarə etdiyi avtomobildən 2 kiloqramdan artıq heroin və 835 qram metamfetamin götürülmüşdür
12.02.2020İmişli RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında Çaxırlı kəndi ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xaçmaz rayon sakini V.Abbasovun idarə etdiyi “KİA” markalı avtomobil saxlanılmışdır.
Avtomobilə baxış zamanı oradan 2 kiloqram 735 qram heroin və 835 qram metamfetamin aşkar edilərək götürülmüşdür.