Soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini B.Muradov saxlanılmışdır
10.02.2020Səbail RPİ-nin 8-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini R.Əliyeva fevralın 4-də saat 21 radələrində Ö.F.Nemanzadə küçəsində 1 nəfərin ona zor tətbiq edərək içərisində 390 manat və sənədlər olan pulqabısını aldığını bildirmişdir.
Bakı ŞBPİ-nin Təhlükəsiz Şəhər Xidməti və Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini B.Muradov saxlanılmışdır.
Ətrafında aparılmış tədbirlərlə onun kirayədə yaşadığı evdən narkotik vasitə olan heroin və marixuana aşkar edilərək götürülmüşdür.