Qəsdən adam öldürməkdə şübhəli bilinən paytaxt sakini İ.Ağasənov saxlanılmışdır
10.02.2020Fevralın 8-də saat 23 radələrində Bakı şəhər sakini Bəxtiyar Əliyevin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə Xətai RPİ-nin 36-cı Polis Bölməsinə məlumat daxil olmuşdur.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən paytaxt sakini İ.Ağasənov saxlanılmışdır.