Ağcabədi rayonunun Boyat kəndi ərazisində yol-nəqliyyat hadisəsi
04.02.2020Fevralın 4-də saat 11 radələrində Ağcabədi rayonunun Boyat kəndi ərazisində Ağdam rayon sakini Ş.Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobili aşırmışdır. Nəticədə sürücü və sərnişini olan oğlu Nəcməddin xəstəxanaya yerləşdirilmiş, Nəcməddin orada ölmüşdür.
Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.