Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini Y.Abbasov saxlanılmışdır
04.02.2020Samux RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Y.Abbasov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 465 qram marixuana aşkar edilərək götürülmüşdür.