Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Hacıqabul rayonu ərazisində piyadanın ölməsi ilə nəticələnmiş YNH-ni törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən sürücü O.Güləliyev saxlanılmışdır

28.01.2020

Yanvarın 28-də saat 2 radələrində Hacıqabul rayonunun Muğan kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Ağdam rayon sakini Adil Kərimov vurulmuş və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.

Baş Dövlət Yol Polisi İdarəsi, Baş İstintaq və Təhqiqat İdarəsi və Hacıqabul RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “MAN” markalı avtomobilin sürücüsü, Qobustan rayon sakini O.Güləliyev saxlanılmışdır.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.