Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi
28.01.2020Yanvarın 28-də saat 22 radələrində Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində Bərdə rayon sakini Vüsal Adıgözəlov idarə etdiyi “Mercedes” markalı avtomobili qarşıda gedən Goranboy rayon sakini M.Cəfərovun idarə etdiyi “KamAZ” markalı avtomobilə vurmuş və o, aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.