Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Barəsində Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə cinayət işi başlanmış Saatlı rayon sakini F.Məhərrəmov polis əməkdaşları tərəfindən saxlanımışdır

23.01.2020

Sabirabad RPŞ-yə hədə-qorxu ilə tələb etmə barədə müraciət daxil olmuşdur.

Sabirabad şəhər sakini olan qadın müraciətində 2019-cu ilin avqust ayında Saatlı rayon sakini F.Məhərrəmovun zəng edib onun və qohumlarının şəkillərini əldə etdiyini, sosial şəbəkədə yerləşdirib barələrində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəldiyini, ondan 3800 manat və 2000 manat dəyərində qızıl boyunbağısını aldığını, sentyabrın 18-də isə onun yaşadığı evə gələrək azyaşlı oğlunun boğazına bıçaq tutaraq polisə verdiyi şikayət ərizəsini geri götürməsini və bu məsələnin həll edilməsi üçün yenidən 5000 manat verməsini tələb etdiyini bildirmişdir. Lakin bu zaman səs-küy yarandığından F.Məhərrəmov hadisə yerini tərk etmişdir.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanmışdır.  

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində F.Məhərrəmov saxlanımışdır.

23.01.2020 tarixinə olan kriminal məlumatlar